Abenin strategiyası iflasa uğradı - Yaponiya hökuməti Rusiya ilə bağlı siyasətini dəyişir

Abenin strategiyası iflasa uğradı - Yaponiya hökuməti Rusiya ilə bağlı siyasətini dəyişir

Rusiyaya yönəlik Yaponiyanın Baş naziri Sindzo Abenin «yeni siyasəti» tam iflasa uğradı. Odur ki, Yaponiya Kremlə yönəlik güzəşt siyasətinə son qoymalıdır.

Belə məsləhətlə Amerikanın Templ Universitetinin politologiya professoru Geyms Braun «Nikkei Asian Review» üçün yazdığı məqalədə çıxış edib.

Braunun fikrincə, Abenin strategiyası göstərdi ki, Moskva ilə heç bir yaxınlaşma Cənubi Kuril adalarının Yaponiyaya qaytarlmasına gətirib çıxartmayacaq.

Məlumdur ki, Yaponiya bu adaları özünün «şimal ərazisi» hesab edir.

Mayın 10-da Yaponiyada xarici siyasətin yeni strategiyası dərc olunub. Braunun yazdığına görə, yeni strategiya çərçivəsində Rusiya ilə ərazi mübahisəsində Tokionun mövqeyi əhəmiyyətli dərəcədə sərtləşib.

Ötənilki versiyadan fərqli olaraq, yeni strategiyada «şimal ərazilər» ölkənin suveren adaları kimi göstərilib. Bundan başqa, sənəddə təsdiqlənir ki, bütün 4 Cənubi Kuril adasının statusu Yaponiya ilə Rusiya arasında sülh müqaviləsinin bağlanmasından əvvəl müəyyən olunmalıdır.

Braunun qeyd etdiyi kimi, daha sərt mövqeyə qayıtma Sindzo Abenin strategiyasının uğursuzluğa düçar olduğunu göstərir.

Müəllif yazır ki, Yaponiya Baş nazirinin niyyəti aydın idi: 2018-ci ilin noyabrında Yaponiya və Rusiya sülh müqaviləsi bağlamaq təşəbbüsünə başlamaq barədə 1956-cı il birgə bəyannaməsi əsasında saziş imzalayıblar. Bəyannamə sülh müqaviləsi imzalandıqdan sonra Xabomai və Şikotan adalarnın Yaponiyaya verilməsini vəd edir.

Vladimir Putini saziş bağlamağa sövq etmək üçün Abe 2013-cü ildən 2019-cu ilə qədərki dövrdə 11 dəfə Rusiyaya səfər edib, həm də bir sıra bonuslar vəd verib. Bu sıraya 8 bənddən ibarət iqtisadi proqram və adalarda ABŞ hərbçilərinin yerləşdirilməyəcəyi barədə vəd yer alıb.

 

 

 

 

Bundan başqa, Yaponiya Rusiyanın təcridi məsələsində fəal mövqe tutmayıb. G7 ölkələri arasında yeganə dövlət olub ki, Skripal məsələsindən sonra Rusiya diplomatlarını ölkədən çıxartmayıb.

Bütün bunlara baxmayaraq, Rusiya Yaponiyaya doğru addım atmayb, əksinə, öz mövqeyini sərtləşdirib.

Putin 2019-cu ilin iyununda Osakiya səfərinin gedişi zamanı 1956-cı il bəyannaməsi əsasında danışıqlar aparmaq barədəki razılaşmadan imtina edib. Üstəlik də Rusiyada ölkə ərazisinin kiməsə verilməsinin yolverilməz olması barədə Konstitusiyaya düzəliş təklif olunub.

Bütün bunlara əlavə olaraq, Rusiya İkinci Dünya mühariəsinin sona çatması tarixini sentyabrın 2-dən 3-nə sürüşdürüb. Bu da qeyri-dost jesti kimi qiymətləndirilir. Belə ki, SSRİ dövləti sentyabrın 3-ü tarixini Yaponiya üzərində qələbə kimi qeyd edib.

Braunun fikrincə, ərazi mübahisəsi məsələsində Abenin proqresə nail ola bilməməsi göstərir ki, Yaponiya siyasətçilərinin bu yolla uğur əldə olunacağına ümid etmələri doğru deyilmiş.

AzPolitika.info

Mənbə: azpolitika.info