"Qız övladımızı itirmişik..." - Nadir ağır itkisindən danışdı - VİDEO

"Qız övladımızı itirmişik..." - Nadir ağır itkisindən danışdı - VİDEO

Müğənni Nadir Qafarzadə sözləri ilə hər kəsi kövrəldib.
BiG.AZ xəbər verir ki, müğənni "Bizimləsən" verilişində qonaq olarkən bir sıra açıqlamalar verib. Nadir bildirib ki, bir zamanlar həyat yoldaşı Sevinc xanımla ağır günlər yaşayıblar. Onlar iki övlad itiriblər. Cütlüyün ilk övladı isə qız olub:
"Biz iki övladımızı itirmişik. Birincisi qız idi. Dilarəni görür Sevinc deyir ki, "mən düşünürəm ki, yalan deyiblər mənə. Mənim qızım heç ölməyibmiş. Qızımı yenidən tapmışam". İndi Dilarəyə çox bağlanıb. Yatanda yanında yatızdırır onu. Buradan Dilarəyə demək istəyirəm ki, Sevinc ananı unutma".
Qeyd edək ki, Dilarə " Bizimləsən" verilişinə yardım üçün müraciət etmişdi. Nadir onu evində qonaq edib.
Samirə Qasımova

 

Mənbə: big.az