"Daim cavan" qalan 53 yaşlı qadın gözəlliyinin SİRRİNİ AÇDI - FOTO

"Daim cavan" qalan 53 yaşlı qadın gözəlliyinin SİRRİNİ AÇDI - FOTO

ABŞ-ın Harrisburq şəhərinin 53 yaşlı sakini Elizabet Reznik cavan və cazibədar görünüşüylə kişilərin diqqətini cəlb edir.

BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, onun barəsində "The Mirror" yazır.



Sağlam həyat tərzi üzrə mütəxəssis Reznik daim gözəl bədən quruluşuna malik olub,

30 yaşında ana olduqdan sonra çox çəki almasa da, əvvəlki formasına qayıtmaq üçün o, paleolit pəhrizinə üz tutub. Bu pəhriz, həmçinin, "Mağara adamı pəhrizi" də adlandırılır, çünki pəhrizə mağara insanlarının yediyi ehtimal olunan qidalar daxildir, taxıl, süd məhsulları və şəkərdən isə imtina olunur.

Qadın bu pəhrizə keçəndən sonra dərisinin təmizləndiyini, əzələ tonusunun yaxşılaşdığını və enerjisinin artdığını deyib. O, artıq evdə idman etməyə başlayıb.

Onun gözəlliyinə heyran olan kişilərin arasında hətta tələbələrin də olduğunu etiraf edən Reznik şəxsi biznes sahibidir və kişilərdən çox, işini düşünür.






















 

 

Mənbə: big.az