Tarantino son 10 ildə ən çox bəyəndiyi filmin adını çəkdi

Tarantino son 10 ildə ən çox bəyəndiyi filmin adını çəkdi

Kventin Tarantino dünyanın ən məşhur rejissorlarından sayılır. Onun filmlərinə maraq böyükdür. Amma Tarantinonun özünün də xoşuna gələn kino nümunələri var.

Bizimyol.info xəbər verir ki, Tarantino son 10 ildə ən çox bəyəndiyi filmin adını çəkib. O, “Sosial şəbəkə” filmini başqa ekran əsərlərindən üstün saydığını söyləyib. Tarantino “Premiere” jurnalına müsahibədə özünü belə ifadə edib: “Bu film bir nömrədir, rəqibi yoxdur”.

“Sosial şəbəkə”nin rejissoru Devid Finçerdir. Əsas rolları Cessi Ayzenberq, Endryu Qarfild və Castin Timberleyk oynayıb. Əslində, film “Facebook”un yaradıcısı Mark Zukerberqə həsr olunub.

Tarantino keçən il də ən çox bəyəndiyi filmlərin adlarını çəkmişdi. O, “İrlandiyalı”nı, “Tələ”ni və “Doktor Yuxu”nu fərqləndirmişdi.

Mənbə: www.bizimyol.info