Bu gün Əməkdar artistin doğum günüdür

Bu gün Əməkdar artist Kəmalə xanım Müzəffərin doğum günüdür.

BiG.AZ saytı olaraq Əməkdar artisti təbrik edir, uzun ömür, can sağlığı arzulayırıq.

Kəmalə Müzəffər qızı Hüseynova 29 may 1967-ci ildə anadan olmuşdur. 1986-1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində ali təhsil almışdır. İnstitutda oxuduğu illərdə filmlərə çəkilməyə başlamışdır. 1 avqust 1990-cı ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. O, "Qadın", "Pəri Cadu", "Mələk", "Zərnigar" kimi çoxsaylı obrazların öhdəsindən uğurla gəlmişdir. Aktrisa 2011-ci ilin avqust ayında Əməkdar Artist fəxri adına layiq görülmüşdür.
 

 

Big.az

ƏVVƏLKİ XƏBƏR

Kafe-restoranlarda maska hansı hallarda çıxarıla bilər?

SONRAKI XƏBƏR

TƏBİB sədri: "Koronavirusla bağlı ağırlaşmaların bir çoxu bu halla bağlıdır"