Məşhur türk rejissor yeni film çəkdi

Məşhur türk rejissor yeni film çəkdi

Məşhur Türkiyəli rejissor Reha Erdem yeni onlayn filmini təqdim edir.

Qazet.az türk mətbuatına istinadla xəbər verir ki, “Seni buldum ya!” adlanan film yaxın günlərdə izləyicilərin ixtiyarına veriləcək.

Filmdə Serkan Keskin, Nihal Yalçın, Bülent Emin Yarar, Tilbe Saran, Ezgi Mola və başqaları rol alıb.

Qeyd edək ki, Reha Erdemin “Kosmos”, “Qorxuram, ana”, “Beş vaxt”, “Qoca dünya” və s. filmləri tamaşaçı rəğbəti qazanıb.

Mənbə: qazet.az