30 may Mirzə Ələkbər Sabirin doğulduğu gündür

30 may Mirzə Ələkbər Sabirin doğulduğu gündür

Unutmayaq, unutdurmayaq!

30 may ( 1862-1911) ədəbiyyatımızın tarixinə qızıl hərflərlə həkk edilmiş böyük simalardan olan dahi satirik şair Mirzə Ələkbər Sabirin ( tam adı Ələkbər Zeynalabdin oğlu Tahirzadə ) doğulduğu gündür.

Sabir, 1862- ci il 30 mayda Şamaxıda anadan olmuşdur. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə ruhani görmək istəyirdi. Buna görə oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu.

Sabir 12 yaşına qədər mollaxanada oxumuş, sonra məşhurşair Seyid Əzimin açdığı yeni üsullu məktəbə keçmişdi. Buməktəb onun üçün faydalı olmuş, xüsüsilə biliyinin və şairlik istedadınıninkişafına kömək etmişdir. Müəllimi Sabirə fars dilindən şerlər tərcüməetdirir, sonra bu tərcümələri oxuyub ona məsləhətlər verir, məktəbli şairinyaradıcılıq həvəsini artırırdı. Seyid Əzim öz şagirdinin tərcümələri ilə bərabər,orijinal şerlərini də oxuyub redaktə edirmiş. Lakin bir-iki il sonra atası Sabiri təhsildən ayırıb özdükanında köməkçi işlədir. Ancaq elmə və ədəbiyyata həvəsi sönməyən gənc yenəoxuyub yazmağında davam edir.

Dostu Abbas Səhhətin yazdığına görə, Sabiralış-verişdən ziyadə oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənibtez-tez onu məzəmmət edirmiş: hətta bir dəfə şer dəftərini də cırıbmış. Atasınınbu hərəkəti gənc Sabirə ağır təsir etsə də, onu mütaliədən və şer yazmaqdan çəkindirəbilmir. Əksinə, bu münasibətlə yazdığı bir qitəsində o, şer dəftərinin atası tərəfindəncırılmasına cavab olaraq şairlikdən əl çəkməyəcəyini, atası onu bir də incidərsə,Şamaxıdan çıxıb gedəcəyini qeyd edir.

Doğrudan da, Sabir atasının məzəmmətindən xilasolmaq üçün 1885-ci idə ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan daİrana gedir. O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Xorasan vəbaşqa şəhərləri gəzir. Bir tərəfdən yerli feodal və ruhani ağaların taladığı buyerlərin yoxsulluğu və cəhaləti şairə ağır təsir bağışlayırsa, o biri tərəfdənbu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış olur.

İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o,qohumlarından olan Büllurnisə adlı qızla evlənir. Onbeş il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlmişdir. Belə böyük ailə sahibiolmaq Sabirin vəziyyətini olduqca çətinləşdirmişdi. Başqa bir sənəti olmayanşair ailəsini dolandırmaq üçün sabun bişirib satır, ailəsini çox çətinliklədolandırırdı. Buna baxmayaraq o, yenə dövrünün qabaqcıl ziyalıları ilə əlaqəsaxlayır, bədii yaradıcılıqla məşğul olurdu.

1902-ci ildə baş vermiş dəhşətli zəlzələ şəhəritar-mar etmişdi. Yanğın nəticəsində şəhərdə yüzlərcə imarətyanıb külə dönmüş, əhalinin çox qismi evsiz-eşiksiz, quru yerdə qalmışdı. Buzaman Sabirin evi də dağılmışdı. Şair tək başına böyük bir çətinliklə ailəsiüçün müvəqqəti bir daxma düzəltmişdi. Xatirələrdə deyilir ki, çox fədakar,qayğıkeş, mehriban ailə başçısı olan Sabir uşaqlarının yalnız maddi ehtiyacınıdeyil, mənəvi rahatlıq və tərəqqisini də təmin etməyə çalışmışdır. O, həyat yoldaşını və qızını savadlı görməkistəyir, onlara əlifba öyrədirmiş. Şairin qızı Səriyyə sonralar yazırdı ki, həyatının olduqca ağır,sıxıntılı keçməsinə baxmayaraq, atam xoş üzlü, zarafatçıl, səmimi idi.

XIX əsrin sonu, XX əsrin ilk illərində ağır ailəqayğısı çəkən Sabir şerdən bir qədər uzaqlaşsa da, tamam ayrılmamışdı. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhətin bu zaman onu mənəvi cəhətdən böyük köməyidəymişdi. Onlar boş vaxtlarında Şamaxının o zamankı ziyalılarından Ağəli BəyNasəh və Məhəmməd Tərrahla kiçik bir ədəbi məclis düzəldib, axşamlar klassikşairlərin və ya özlərinin şerlərini oxuyub təhlil və müzakirə edirdilər. XX əsrinəvvəllərindən başlayaraq Sabirin şerləri mətbuat səhifələrində görünür. 1903-cü ildə “Şərqi-Rus” qəzetində onun şeri çap olunur. Bir qədər sonra isə o,”Həyat”qəzetində şer çap etdirir. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalını özarzularına müvafiq həqiqi bir xalq jurnalı kimi qarşılayıb onun ən sevimlişairi, ən fəal müəlliflərindən biri oldu. Bu zamandan C.Məmmədquluzadə iləSabir arasında qırılmaz dostluq münasibətləri yarandı. Hər iki sənətkar əməkçixalqın qanını soran zalım ağalara, yaltaq ruhanilərə, satqın ziyalılarasarsıdıcı zərbələr vururdu.

Bütün bunların nəticəsi olaraq Sabir özünə çoxludost qazandığı kimi, düşmən də qazanmışdı. Şerlərini gizliimzalarla yazmasına baxmayaraq, istər Şamaxıda və Bakıda, istərsə də Azərbaycanınbaşqa yerlərində və İranda bir çox irticaçılar şairin əsərlərini pisləyir, onunyazdığını oxuyanları kafir elan edirdilər. Hətta bəzən ruhanilər Sabirin ölümünəfitva verir, varlılar ona hədələyici məktublar göndərir, qoçular küçədə yolunukəsib ağır sözlər deyirdilər. 1907-ci ilin əvvəllərində Sabir sabun bişiribsatmaqdan əl çəkib, mətbuat və maarif sahəsində çalışmaq, şer yaradıcılığınıdaha müntəzəm davam etdirmək qərarına gəlir.

O, Bakıya gəlib bir müddət “İrşad” qəzetininredaksiyasında korrektor işləyir və müəllimlik imtiyazı əldə etmə üçün imtahanverməyə hazırlaşır. Bu arada Qori müəllimlər Seminariyasındaişləyən müəllim dostlarından bir neçə fərəhli məktub alır. Həmin məktublardadeyirdi ki, yaxın zamanlarda seminariyanın Azərbaycan şöbəsində müəllim yeriboşalacaqdır. Dostları şairə həmin yeri tutmaq üçün təşəbbüs etməyi məsləhətgörür və bu işdə ona kömək edəcəklərini bildirir. 1908-ci il aprelin 11-də Bakıquberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqazşeyxülislamı idarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Lakin Qoridənaldığı bir məktubdan sonra o, seminariyadan ümidini kəsməli olur.

Bir müddət şair Şamaxı məktəblərindən birində köməkçimüəllim sifətilə dərs deyir. Müəllim yoldaşları onun dərin bilikvə pedaqoji ustalıqla verdiyi dərsləri çox bəyənirlər. Həmin ilin sentyabrayında Sabir çoxdan arzuladığı “Ümid” məktəbini açmağa müvəffəq olur. Bu məktəbdə60-a qədər şagird oxuyurdu.Yeni üsülda olan başqa məktəblərdəki kimi burada daşagirdlər skamyada oturur, əyani vəsaitlərdən istifadə edir, ekskursiyayaçıxırdılar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumatverilir, Quran və şəriət dərsləri tədris edilirdi.

1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir.Əvvəlcə“Zənbur” jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanı məktəbində böyükhəvəslə dərs deməyə başlayır. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərindəişləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları “Nur”kitabxanasının fəal üzvü olur. O ilin yazından Sabir Bakıda çıxan “Günəş” və “Həqiqət”qəzetlərinin redaksiyasında işləyir. “Günəş” qəzeti hər həftənin cümə günü“Palanduz” sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı.

Sabir bu səhifədə “Nizədar” və “Çuvalduz” imzalarıilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirir. Şair eynizamanda “Molla Nəsrəddin”ə də yazmaqda davam edir. Aylarla ehtiyac içində,işsiz, əzab-əziyyətlə dolanan böyük şair 1910-cu ilin axırlarında ciyər xəstəliyinətutulub, Şamaxıya qayıdır. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisəgedib, dostu C.Məmmədquluzadənin evində yatır.

“Molla Nəsrəddin”in əməkdaşları şairə böyükqayğıkeşlik göstərirlər. Xəstəliyinin getdikcə şiddətləndiyinəbaxmayaraq, Sabir yenə şer yazmağa davam edir, yeni-yeni taziyanələr üzərindəişləyir, “Molla Nəsrəddin” jurnalının redaksiya işlərinə yaxından kömək edir.

İyun ayında həkimlər şairə cərrahiyə əməliyyatıaparmağı təklif edirlər. Lakin xəstə buna razı olmur. O, Şamaxıyaqayıdır. Axır günlərindən birində şair deyir: İstərəm ölməyi mən, leyk qaçar məndənəcəl, Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm! “Molla Nəsrəddin” jurnalı1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərcedir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucuböyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq “Molla Nəsrəddin”inünvanına ianə göndərirlər. Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlacolmayacağını görən şair cərrahiyə əməlliyatına razı olub, iyulun 8-də Bakıya gəlir.Lakin artıq həkimlər cərrahiyənin də heç bir fayda verməyəcəyini söyləyərək,ona tez Şamaxıya qayıtmağı məsləhət görürlər. Jurnalist H.Qasımov xəstə şairləBakıda son görüşünü xatırlayaraq yazır: “…Qəzetdə yazarsan, Sabir deyirdi ki,mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi,sümüklərimi də xalqımın yolunda qoyardım”. 1911-ci il iyulun 12-də, həyatının vəyaradıcılığının ən parlaq bir vaxtında Sabir vəfat edir. Şairin cənazəsiŞamaxıda “Yeddi günbəz qəbiristanı”nda dəfn olunur.

Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra, ilk dəfə 1912-ci ildə həyat yoldaşı Büllurnisə xanım, dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi ilə onun şerləri “Hophopnamə” adı ilə çap olundu.

Allah rəhmət eləsin.

 

Mənbə: onn.az