36 yaşında 70 yaşlı kimi görsənən idmançı - FOTO

36 yaşında 70 yaşlı kimi görsənən idmançı - FOTO

Adətən insanlar yaşlarından cavan görsənməyə çalışır, lakin Polşanın paytaxtı Varşavadan olan Pavel Ladziak qaydaların əksinə gedərək, özünü "qocalaşdırıb".



BiG.AZ-ın zen.yandex.ru-ya istinadən verdiyi xəbərə görə, 36 yaşlı fitnes məşqçisi 30 yaşından öz bədəninin üzərində işləyib, lakin saçları vaxtından tez ağarmağa başladığı üçün qarasaç Ladziak bütün başını ağ rəngə boyamaq qərarına gəlib.





Elə bu da onu məşhur edib. Pavel özü də bilmədən internetdə məşhurlaşan 52 yaşlı "milyonçu rəqqasa" Canlukaya bənzəyib.





Ona oxşadığını isə "İnstagram" səhifəsindəki çoxsaylı mesajlardan öyrənib.



Onun həyat yoldaşı Maqda ərinin belə görünüşündən çox razıdır. Deyəsən, zamanəmizdə qoca idmançı olmaq dəbdədir.







 

Mənbə: big.az