237 kilo arıqlayan qadının İNDİKİ HALI - FOTOLAR

237 kilo arıqlayan qadının İNDİKİ HALI - FOTOLAR

ABŞ-ın Miçiqan ştatından olan Kristina Fillips valideynlərin daim dalaşdığı ailədə böyüdüyü üçün uşaqlıqdan depressiyasını yeməklərlə aradan qaldırmağa çalışıb.



BiG.AZ-ın adme.ru-ya istinadən verdiyi xəbərə görə, 12 yaşında onun çəkisi artıq 130 kiloya çatıb, 25 yaşında isə 300-ü ötüb.



Kristina daha da özünə qapanmağa başlayıb, evdən bayıra çıxmadan bütün günü anasından və əri Zakdan asılı vəziyyətə düşüb.



Daha sonra ABŞ-da yayımlanan "Mən 300 kiloyam" (My 600-lb Life) realiti şousuna qatılan qadın 2 il ərzində 320 kilodan 83 kiloyadək arıqlayıb.



O, bununla kifayətlənmək fikrində deyil. Hazıırda sağlam həyat tərzini davam etdirən Kristina idmanla da məşğul olur.














Natəvan Baxşiyeva

 

Mənbə: big.az