"Yazırlar ki, kim olmusan?" - Fatimə əsəbiləşdi

Rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkədə yazılan tənqidlərə reaksiya verib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi İnstaqramda canlı yayımda izləyicilərinə əsəbiləşib. O, ünvanına yazılan "Kim olmusan" sözlərinə cavab verib:

"Belə yazıb gözdən salmaq istəyirlər: Sən kim olmusan? Gedin maraqlanın hansı ailədə böyümüşəm. Görməyib görənlərdən Allah saxlasın, düz deyirsiz. Bu mənə aid deyil. Mən görüb, görməyib, yenə görənlərdənəm.

"Zəhmətkeş insan" adını özüm qazanmışam. Allah zəhmətkeşləri sevir. Elə insanı vurmaq olmaz. Düzgün yolla məşğul ol, qaza, əyri yolla yox. Hər bir zəhmətin bəhrəsi var".

 

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

36 yaşlı Bərdə sakini intihar etdi

SONRAKI XƏBƏR

Fərid Çexiyada növbəti oyuna çıxdı