"Ayıb yoldaşına kömək etməməkdir" - Tanınmış şair lobya təmizlədi

"Ayıb yoldaşına kömək etməməkdir" - Tanınmış şair lobya təmizlədi

Gürcü əsilli tanınmış jurnalist, tərcüməçi və şair Giya Paçxataşvilinin "Facebook" sosial şəbəkəsində yaydığı foto maraqla qarşılanıb. O, lobya təmizlədiyi yerdə şəklini yayaraq bu sözləri yazıb:

"Xatirə yazılar yığır, mən də bu sayaq kömək edirəm - beləcə əl- ələ verib yaşayırıq. And olsun göy lobyaya, düz deyirəm!"

Foto və duyğuları ilə bağlı "Sherg.az"a danışan qələm sahibi həmişə həyat yoldaşına kömək etdiyini bildirib:

"Biz daim köməkləşirik. Ona əvvəllər də yemək bişirəndə yardım edirdim. İndi qəfil ağlıma gəldi ki, bir foto çəksin. Təəccübləndi, dedi, ayıbdır. Cavab verdim ki, ayıb yoldaşına kömək etməməkdir".

G. Paçxataşvili yaradıcılığından da söz açdı:

"Mənim karantinim daha əvvəldən başlayıb. Ürək əməliyyatı olunduğuma görə xeyli vaxtdır, evdən çölə çıxa bilmirəm. Nə edək? Qaydalara, tövsiyələrə qulaq asmaq lazımdır ki, koronavirus tez bitsin. Amma vaxtımı səmərəli keçirirəm. Hazırda bəstəkar Cavanşir Quliyevin "Azərbaycan əsgəri" marşını rus dilinə tərcümə edirəm. Çalışacam ki, Milli Ordu gününə qədər bu marşın iki dildə tərcüməsindən ibarət kitabça çıxarım. 40- a yaxın tərcümə əsərim var. Bu da növbəti əsər olar. Əsas məsələ sponsor tapa bilməkdir".

Mənbə: sherg.az