“Allahım səndən güc diləyirəm”

“Allahım səndən güc diləyirəm”

“Nəyimiz varsa, onun heç biri bizim deyil, yalnız bircə vaxt bizimdir. Yalnız vaxt…”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülzar Qurbanova sosial media hesabında yazıb.

O, fikirlərinə belə davam edib:

“Yalnız vaxt, axan və sürətlə keçən bu vaxt bizi təbiətə sahib etdi. Bu günü əlində tutsan, sabahkı günlərdən az asılı olacaqsan. Yox, əgər təxirə salsan, bütün həyat bir göz qırpımında ötüb kecəçək. Haydı, Gülzar, necə yazırsansa, elə də elə, bircə saatı da boş buraxma. Amma bunu da yaddan çıxartma:

İnsanın zamanı ram edib özünə tabe etməsi üçün gərək onun ömrü, yaradıcılığın mənəvi ləzzəti ilə üzvi vəhdətdə ola. Görəsən, buna gücüm çatacaq? Allahım səndən hər günüm üçün güc verməyini diləyirəm”.

Mənbə: axsam.az