Məşhur qəssabın qardaşı görənləri çaşqına çevirdi - MARAQLI...+ FOTOLAR

Məşhur qəssabın qardaşı görənləri çaşqına çevirdi - MARAQLI...+ FOTOLAR

Duz səpmə hərəkəti ilə dünyada məşhurlaşan türkiyəli qəssab Nüsrət Gökçənin qardaşı sosial media hesabından paylaşdığı fotolarla gündəmə gəlib. Bir-birinə əkiz kimi bənzəyən qardaşların oxşarlıqları isə hər kəsi çaşqına çevirib.

Moderator.az xəbər verir ki, dünyanın müxtəlif yerlərində restoranları olan Nüsrət Gökçənin özü kimi tanınmış qəssab qardaşı Özgür Gökçə illər əvvəl türk mənşəli bir şirkət ilə razılığa gələrək Küveytdəki restoranın başına keçib. Burada Sultan Şef adı ilə məşhurlaşan Özgür Gökcə bişirdiyi yeməklərlə hər kəsin marağına səbəb olub.

Küveytdə "Sultan Cheff" olaraq açılan restoranda fəaliyyət göstərən Özgür Gökçə qısa müddətdə məşhurlaşaraq qardaşına rəqib olub.

Mənbə: moderator.az