ABŞ kino prokatında ən çox gəlir gətirən filmin ikinci hissəsi çəkilir

ABŞ kino prokatında ən çox gəlir gətirən filmin ikinci hissəsi çəkilir

“Paramount Pictures” şirkəti “Sega Sammy” ilə birlikdə “Sonic the Hedgehog” videooyunu əsasında çəkilən “Sonic kinoda” sikvelinin davamı üzərində işə başlayıb.

Bu barədə “Entertaiment Weekly” xəbər yayıb.

Məlumata görə, Ceff Fauler sikvelin rejissoru kimi qalacaq. Həmçinin, keçmiş ssenaristlər - Patrik Keysi və Joş Miller də işə cəlb ediləcəklər.

Süjet və ya filmin ekranlarda yayımlanmasının mümkün vaxtı barədə məlumat verilməyib.

Qeyd edək ki, 2020-ci ilin fevral ayında yayımlanan “Sonic kinoda” filmi Amerikada videooyun əsasında çəkilən ən yüksək gəlirli film olub. Oyundakı cani rolunu Cim Kerri ifa edib.

Mənbə: www.oxu.az