Roza Zərgərli: “48 işçim var” - VİDEO

“Baxmayaraq ki, peşəm rejissorluqdur, incəsənətə ifaçı kimi gəlmişəm. Bir çox layihələrin rəhbəriyəm. Yəni biznes tərəfim artır. Yazaram, prodüsserəm. İki ildir ki, pedoqoji fəaliyyətimi davam etdirirəm, təhsil ocağında dərs deyirəm”.

Bu sözləri bir müddət əvvəl ayağına kök hüceyrə transplantasiya əməliyyatı keçirən müğənni Roza Zərgərli “Xəzər” televiziyasında yayımlanan “X maqazin” proqramında deyib. Sənətçi 48 işçisinin olduğunu bildirib:

“Yanımda çalışan 48 nəfər işçim var. Onun 38 nəfəri rəsmi, 10 nəfər isə qeyri-rəsmi ştatdadır. Onların müdirləriyəm (gülür). İnsanlar işləyirlər və bunun qarşılığında maaş alırlar”.

Qeyd edək ki, Roza Zərgərlinin Bənövşə adlı qızı doğma övladıdır, Corc ilə qardaşı Jerarı isə müğənni uşaq evindən övladlığa götürüb.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Uşaqlarda koronavirusun yüngül keçməsinin səbəbi nədir? Pediatrdan AÇIQLAMA

SONRAKI XƏBƏR

Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır