Roza Zərgərli: "Həyat yoldaşım yenidən sevməyə başladı..." - Video

Roza Zərgərli: "Həyat yoldaşım yenidən sevməyə başladı..." - Video

Müğənni Roza Zərgərli "Söhbət var" verilişində qonaq olub.

Teleqraf. com xəbər verir ki, o, karantin dövrünü necə keçirdiyini açıqlayıb:

"Karantinin mənfi tərəfi odur ki, artıq çəki aldım. Evdə ikinci qazanda da yemək asırsansa və evə pul gəlirsə, büdcən azalmır. Amma indi kassadan xərcləyirsən və pul gedir.

Etiraf edirəm ki, həftə sonuna qədər kassamda 1000 manat qaldı. O demək deyil ki, kasıblamışam. Çünki əlimdə nə qədər nəğd pul vardı, xeyriyyə məqsədi ilə xərclədim. Əməliyyat olundum, o zaman qızım və sinif yoldaşları xeyriyyə aksiyaları keçirdilər. Düzdür, bunu işıqlandırmadıq. Evimdə nə var idisə, çətin anda hamı ilə bölüşdüm.

Karantinin müsbət tərəfi o oldu ki, uşaqlarımı daha yaxından tanıdım. Onların müsbət və mənfi cəhətlərini bu iki ayda aydın gördüm. Bir də həyat yoldaşım məni yenidən sevməyə başladı, 360 dərəcə ilə. Çünki keçmişdəki mətbəx məharətim üzə çıxdı".

 

Mənbə: teleqraf.com