Qızı efirdə oxudu, Roza Zərgərli ağladı - VİDEO

Qızı efirdə oxudu, Roza Zərgərli ağladı - VİDEO

Açıqlamaları ilə şou-biznesi çalxalayan müğənni Roza Zərgərli “ARB” telekanalında yayımlanan “Söhbət var” axşam şousunda qonaq olduğu zaman verilişin yaradıcı heyəti sənətçiyə sürpriz təqdim edib.

Oxu.Az xəbər verir ki, proqramın davam etdiyi vaxt Rozanın qızı Bənövşə Allahverdiyeva studiyaya gələrək, “Ana” adlı mahnısını ifa edib.

Kövrək səsi ilə anasını duyğulandıran Bənövşə bu mahnısını Roza Zərgərliyə həsr etdiyini bildirib.

Oxuduğu mahnının hekayəsini efirdə danışmaqdan imtina edən B.Allahverdiyeva sözü anasına verib.

R.Zərgərli bəstənin tarixçəsini belə nəql edib:

“Universitetə hazırlaşan illərində Bənövşə kursa dörd oğlan sinif yoldaşı ilə gedirdi. Həmin oğlanlardan biri Gürcüstanda ali məktəbə qəbul olundu. Bənövşə isə Milanda - “La Skala”da yerləşən universitetlərin birinə daxil olmuşdu. Lakin o, xaricdə təhsil almaqdan imtina etdi, azərbaycansayağı qızdır.

Uşaqlar istəyirdi ki, o, müğənni kimi fəaliyyət göstərsin. Qızımla kursa gedən oğlanlardan biri olan pianoçu Amal Bənövşənin oxumasını çox arzulayırdı. Elə oldu ki, Amal rəhmətə getdi. Bundan sonra qızım oxumaq barədə çox düşündü. Qərar verdi ki, elə ilk ifası ana haqqında olsun”.

Qeyd edək ki, Bənövşə Roza Zərgərlinin doğma övladıdır. Corc ilə qardaşı Jerarı isə müğənni uşaq evindən övladlığa götürüb.

Rəşad Əliyev

Mənbə: www.oxu.az