Luvr ziyarətçiləri iyuldan qəbul edəcək

Luvr ziyarətçiləri iyuldan qəbul edəcək

Fransanın əsas muzeyi Luvr iyulun 6-dan etibarən ziyarətçiləri qəbul etməyə hazırlaşır. Day.Az xəbər verir ki, bu barədə muzeyin mətbuat xidməti məlumat yayıb.

Muzeyə onlayn bilet sifarişləri isə bir qədər erkən - iyunun 15-dən bərpa olunacaq.

Muzeydə qrup turlarının təşkil edilib-edilməyəcəyi barədə hələ məlumat yoxdur. Ziyarətçilər isə sosial məsafəni gözləməklə, qoruyucu maskalardan istifadə etməklə muzeyə daxil ola biləcəklər.

Mənbə: news.day.az