“Səni noyabrda prezidentlikdən göndərəcəyik”

“Səni noyabrda prezidentlikdən göndərəcəyik”

Dünya şöhrətli müğənni Teylor Svift Amerika Prezidenti Donal Trampı sərt bir şəkildə tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, sənətçi qaradərili Corc Floydun ağdərili polis tərəfindən boğularaq öldürülməsinii şərh edən Trampı iqçilikdə ittiham edib.

O, dövlət başçısının “yağmalama başlayanda silahlar işə düşər”,- şərhinə tvitterdə reaksiya verib: “Yağmalama başlayanda insanlara silah çəkmək olarmı? Səni noyabrdakı seçkilərdə prezidentlikdən göndərəcəyik. Ağ irqin üstünlüyü və irqçilik atəşini prezidentliyin dövründə gücləndirdin. Sonra əxlaqı üstün tutursan və insanları təhdid edirsən”.

Qeyd edək ki, tvitter rəhbərliyi Trampın sözügedən postunu şiddəti təşviq etdiyi üçün platformada gizlətmişdi.

Mənbə: qafqazinfo.az