Ramiz Novruz: "Yoldaşıma zəng ediblər ki, necə dözürsən?.." - Foto

Ramiz Novruz: "Yoldaşıma zəng ediblər ki, necə dözürsən?.." - Foto

Xalq artisti Ramiz Novruz ailəsi ilə "Zaurla Günaydın" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Ramiz Novruz həyat yoldaşı ilə münasibətindən danışıb:

"Dodaqdan qəlbə" serialına çəkilirdim. Həyat yoldaşıma zəng edirdilər ki, necə dözürsən? Mən də həyat yoldaşıma demişdim ki, orada bəzi səhnələr olacaq. Həyat yoldaşım da qayıdıb ki, səmimi alınmamışdı, qeyri-rəsmi qucaqlamışdı, xoşum gəlmədi.

Həyat yoldaşımı orta məktəbdə sevməyə başlamışdım. Eyni məktəbdə oxuyurduq. Məktəbdə tədbirlər keçiriləndə o, mahnı oxuyurdu. Tədbirlərə gələndə onu görməyəndə darıxmağa başlayırdım. Sonra Bakıya gəldim, elə bilirdim ki, şəkilimi çəkib, ona göndərəcəklər. Altı qardaşı var idi. Arada əlaqə itdi, Bakıya gəldim. Ona qədər görüşməmişdik.

Sonra təsadüfən Bakıda gördüm ki, camaat bir araya yığılıb, xarici maşına baxırlar. O zaman xarici maşın az idi. Təsadüfən həyat yoldaşımla rəfiqəsini orada gördüm. Onlar da məni gördülər. Onların dalınca getdim, itirə bilməzdim. Kənd qızları sadə olur, kim birinci onu güldürdü, onu sevir".

Xalq artistinin həyat yoldaşı isə "Evə gələn anonim zənglərə dözdüm" deyə reaksiya göstərib.

Daha sonra Ramiz Novruz adının varlı aktyorlar adı sırasında çəkilməsinə də münasibət bildirib: "Adımı ən varlı aktyorlar arasında yazırlar. Deyirlər ki, qızı Şəfəq var. Amma seriallara çəkilirəm, Prezident mükafatı alıram. Ayda üç min qazanıram".

Mənbə: teleqraf.com