Şahzadə onları məhkəməyə verəcək

Şahzadə onları məhkəməyə verəcək

Şahzadə Uilyam və onun həyat yoldaşı Keyt Middlton onların ailəsi haqqında tənqidi məqalələr dərc edən "Tatler" jurnalının əməkdaşlarını məhkəməyə vermək qərarına gəliblər.

Cebhe.info xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Şahzadə ailəsinin qəzəbinə səbəb olan yazı "Böyük Katerina" adlı məqalədir. Middltonlar bildirib ki, həmin məqalənin müəllifi yalan faktlara əsaslanıb.

Mənbə: cebhe.info