"Yox, yox, yox! ARB-də dediklərinizi..." - Afaq Bəşirqızızının söyüşü yenidən gündəmdə - VİDEO

"Yox, yox, yox! ARB-də dediklərinizi..." - Afaq Bəşirqızızının söyüşü yenidən gündəmdə - VİDEO

İctimai TV-də yayımlanan "3D" proqramı Xalq artisti Afaq Bəşirqızının canlı yayımda efirə gedən söyüşünü yenidən gündəmə gətirib.

BAKU.WS xəbər verir ki, verilişin Əziz adlı personajı Elgizi parodiya edib.

Quraşdırılan səhnəcikdə eynilə "Elgizlə izlə" verilişində olduğu kimi "3D" verilişində də Xalq artisti Afaq Bəşirqızıdan zəng gəlir. Elgizin xarici görünüşünü yamsılayan Əziz aktrisa ilə ingilis dilində danışmağa başlayır. Daha sonra bir neçə saniyə susaraq A.Bəşirqızını dinləyir və "Yox, yox, yox! ARB-də dediklərinizi tərcümə etməyəcəm" deyir.

Xatırladaq ki, A.Bəzirqızı "Elgizlə izlə" proqramı yayımlanan zaman Elgizə zəng edərək qeyri-etik ifadə işlətmişdi. Aparıcının mikrofonu açıq olduğundan spyüşlər efirə getmişdi. Xalq artistinin söyüş söyməsi ictimaiyyətdə rezenans doğurmuşdu. Bu hadisədən sonra Milli Televiziya və Radio Şurasının qərarı ilə ARB TV-nin yayımı 6 saat dayandırılıb.

Mənbə: baku.ws