Mərhum Xalq artisti Yaşar Nurinin xanımı Rəhimə Nuriyeva “Səhər-Səhər” proqramında etirafı ilə diqqət çəkib.
“Qafqazinfo” xəbər verir ki, o, efirdə qonaq olarkən dünyasını dəyişən aktyorun dostlarından danışıb, evlərində tez-tez Arif Quliyevin qonaq olduğunu bildirib.
R. Nuriyeva daha sonra Yaşar Nurinin Xalq artisti Firəngiz Mütəllimova ilə münasibətinə reaksiya verib. O, həyat yoldaşının aktrisanı sevdiyini etiraf edib:
“Firəngiz xanımı sevirdi. İndi amma onunla bizim əlaqəmiz kəsilib. Tək o yox, hamıyla münasibətimiz bitib”.
Daha sonra aktyorun qızı Ülkər Yaşarqızı anasının axır ki, etiraf etdiyini qeyd edib.
Mənbə: qafqazinfo.az