"Tarzan" özünə yeni iş tapıb

"Tarzan" özünə yeni iş tapıb

Rusiyalı məşhur artist, "Tarzan" ləqəbli Sergey Qluşko özünə yeni iş tapıb.

Cebhe.info xəbər verir ki, bu barədə o, öz “İnstaqram” səhifəsində yazıb. Belə ki, müğənni döşəmə sildiyi vəziyyətdə fotosunu paylaşıb.

Qeyd edək ki, bir müddət əvvəl Qluşko karantin rejiminə görə işsiz və pulsuz qaldığını etiraf edərək Rusiya hökumətinə narazılığını bildirmişdi və mədəniyyət işçilərinə niyə köməklik göstərilmədiyinə dair iradlarını söyləmişdi.

Xatırladaq ki, Qluşkonun həyat yoldaşı Rusiyanın məşhur estrada ulduzu Nataşa Korolyovadır.

Sevinc Tapdıqqızı
Cebhe.info

Mənbə: cebhe.info