Məşhur model etirazçılara görə rekord məbləğ ödədi - MARAQLI...+ FOTOLAR

Məşhur model etirazçılara görə rekord məbləğ ödədi - MARAQLI...+ FOTOLAR

ABŞ-ın Minneapolis əyalətində irqçi polis şiddətinə məruz qalan 46 yaşlı Corc Floydun ölümü ölkəni ayağa qaldırıb.

Moderator.az xəbər verir ki, baş verən hadisəyə reaksiya göstərmək üçün küçələrdə keçirilən nümayişlərə məşhurlar da biganə qalmayıb və Floydun son sözləri olan "Nəfəs ala bilmirəm" ifadəsini sosial mediada paylaşaraq cinayət hadisəsinə reaksiya göstəriblər.

Məşhur model Krisi Teigen isə sosial media hesabında etirazlar zamanı həbs olunanların sərbəst buraxılması üçün 200 min dollar girov ödədiyini açıqlayıb.

Kamran

 

Mənbə: moderator.az