“Dedim ki, iki il olmayım, görüm bu adam nə edir?” - Video

“Dedim ki, iki il olmayım, görüm bu adam nə edir?” - Video

“Mən tənbəl insan olmamışam. 8 yaşımdan oxumağı öyrənmişəm”.

Axşam.az xəbər verir ki, bu sözləri “ATV maqazin onlarla” verilişinə açıqlamasında müğənni Elton Hüseynəliyev deyib.

O, efirlərdən uzaqlaşmasının səbəbini açıqlayıb:

“Ürəyimə salmışdım ki, efirə çıxmayım. Düşünürdüm ki, mübarizə aparmalıyam. Rəqabəti sənətlə apararlar, hərisliklə yox. Tanıdığım bir insan var idi. Eyni komandada çalışırdıq. Problem olmuşdu, o insan demişdi ki, Elton olmasa, çox şey edə bilər. Mən də dedim ki, iki il olmayım, görüm nələr edə bilər. Uşaq vaxtı deyirdilər ki, nə işlə məşğul olursan, o zaman cavab verirsən ki, güləşə gedirəm, yaxud boksa gedirəm. İndi bəziləri eynilə bunun kimi oxumağa gedirlər, oxuya bilmirlər”.

Mənbə: axsam.az