Azərbaycanlı məşhur fotoqraf blogger xanımından ayrıldı? - İDDİA - FOTOLAR

Azərbaycanlı məşhur fotoqraf blogger xanımından ayrıldı? - İDDİA - FOTOLAR

Tanınmış fotoqraf Saməddin Cəfərlinin həyat yoldaşı blogger Həmayıl xanımla ayrılması barədə xəbərlər yayılıb.

BiG.AZ xəbər verir ki, hər iki tərəf bu barədə açıqlama verməsə də, cütlük bir-birini instaqram hesabından silib. Onlar o cümlədən birlikdə olan fotolarını sosial şəbəkə hesablarından da təmizləyib. Həmçinin, iddialara görə, Həmayılın bu paylaşımı onların ayrılıq xəbərini təsdiqləyib:

"Dünyanın ən güclü qadınları uşaqlarını yalnız böyüdən böyükürəkli analardır".

Qeyd edək ki, cütlük iki ilə yaxın ailəli olub, onların Atilla adlı bir oğlan övladı var.





 

Mənbə: big.az