Məşhurlar övladları ilə... - Fotolar

Məşhurlar övladları ilə... - Fotolar

Bu gün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Teleqraf.com xəbər verir ki, bir çox məşhurlar sosial şəbəkədə övladlarının fotosunu paylaşaraq onları təbrik ediblər.

Aparıcı Xoşqədəm Hidayətqızı: "Uşaqlar görməcəyimiz bir zamana göndərdiyimiz canlı mesajlardır, unutmayaq! Bax o görəcəyimiz zamana sevgi dolu, mərhəmətli şəxsiyyətlər yetişdirək və sahib olduqlarımıza əmanət edək. Bayramınız mübarək, balaca mələklər".

Aparıcı Saleh Bağırov: "Ata-bala ikimiz də 8 yaşındayıq. Şirinik, yeməliyik. Mən uşaqlğımı sevirəm və tez-tez ona qayıdıram. İstəyirəm qızım və bütün balalar xoşbəxtlik yaşasınlar. Nərgizlə birlikdə uşaqları və təbiəti uşaq olanları təbrik edirəm".

Muğam ifaçısı İlahə İbadova: "Bütün balalarımızı ürəkdən təbrik edirəm. Sizləri qorumaq bizim borcumuzdur, əziz körpələr!Azad və xoşbəxt böyüyün. Bütün bəşəriyyət sizin kimi balalarla nurlansın. Bayramınız mübarək".

Əməkdar artist Lalə Məmmədova: "Bayramınız mübarək, mələklər!"

Müğənni Ayaz Qasımov: "Ölkəmizin işıqlı gələcəkləri olan bütün balaları təbrik edirik".

Aparıcı Leyla Quliyeva: "Hamı uşadır, hamısı uşaq övladıdır. Hamısının qayğıya, sevgiyə, əzizləməyə, müdafiə olunmağa ehtiyacları var. Böyüklər, bunu biz təmin etməliyik. Amma bəzən uşaqları elə özümüzdən, böyüklərdən müdafiə etmək lazımdır".

Rəqqasə Fatimə Fətəliyeva: "Övlad gələcəkdir, övlad fəxrdir. Allah hər bir valideynə övlad qismət eləsin. Mənim gələcəyim, kişi balam Hüseynim fəxr ediləsi övladdır. Gününüz mübarək. Bütün balaları təbrik edirəm".

Müğənni Şəbnəm Tovuzlu: "Bu gün balarımızın bayramıdır. Allah bütün övladları qorusun. Siz mənim nəfəsimsiniz. Sizi verən Allahıma şükürlər olsun".

Bir neçə məşhur isə övladları ilə fotoqraf Niko Abbasovun obyektivi qarşısına keçiblər.

Sözügedən fotoları təqdim edirik:

Mənbə: teleqraf.com