Aygün Kazımova Bollivud ulduzu Zinat Amana bənzədildi - VİDEO

Aygün Kazımova Bollivud ulduzu Zinat Amana bənzədildi - VİDEO

Zaman-zaman qara saçlara üstünlük verən ilklər kraliçası Aygün Kazımova budəfəki görünüşü ilə bizə Bollivud ulduzu Zinat Amanı xatırladır.

BAKU.WS xəbər verir ki, "ATV Maqazin Onlarla" verilişinin qonağı olan Xalq artisti bu bənzətmədən məmnun olub:

"Çox gözəl oxşatmadır, çünki uşaq vaxtı o aktrisanı çox sevirdim. Çox gözəldir, həm də digər aktrisalarla müqayisədə daha müasir idi. "Əlibaba və 40 quldur" filmindəki obrazı yadımdadır, saçları uzun idi. Onun bütün mahnıları, filmin bütün kadrları, səhnədəki hərəkətləri yadımdadır. Sözlərini bilməsəm də, musiqisini xatırlayıram".

BAKU.WS

Mənbə: baku.ws