Böyüklərin dünyası uşaqların gözü ilə - FOTOREPORTAJ

Böyüklərin dünyası uşaqların gözü ilə - FOTOREPORTAJ

Bu gün Günəşin də üzü gülür. Çünki hər dəqiqəsi, saniyəsi uşaq qoxur.

Publika.az xəbər verir ki, 1 iyunun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qərara alınıb və bu tarix təqvimdə göy qurşağına bürünüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Biz də böyüklərin boz dünyasını bir günlük də olsa, uşaqlarla rəngləməyə çalışdıq.

Mila Yovoviç - Cozefina

İstəyirəm ki, irqindən, rəngindən, cinsindən, sosial durumundan asılı olmayaraq bütün uşaqlar sağlam və xoşbəxt olsun.

Koko Şanel - Leyla

Mən istəyirəm, böyüklər verdikləri sözün üzərində durmağı bacarsınlar.

Mario Kasas - Fuad

Dünyanın bütün uşaqları ilə oynamağı sevirəm. Böyüyəndə də belə qalmaq istəyirəm. Məni dəyişdirməyin.

Şarliz Teron - Aylin

Ömrüm boyu Günəşdən sarı, dənizdən mavi qalmaq istəyirəm.

Odri Hepbörn - Dəniz

Mən istəyirəm, dünyanın bütün uşaqları Romaya tətilə gedə bilsin.

Salvador Dali - Ali

Mən istəyirəm, ovuclarım dünyanın bütün parlaq rənglərinə bulaşsın.

Evi Leyk - Ayla

İstəyirəm, uşaqların siması Aydan da parlaq olsun.

Makoley Kalkin - Fuad

Hərdən evdə tək qalmaq istəyirəm.

Leyla Bədirbəyli - Rəna

Mən sevincəm. Gülüşümü üzümdən qoparmağınızı istəmirəm.

Monika Belluççi - Nəzrin

Təhsil alacağım ixtisası da, ölkəni də özüm seçmək istəyirəm.

Nelli Ataullayeva - Dalğa

Mən anamın gözlərindən gülmək istəyirəm.

Demetrio Albertini - Səma

İstəyirəm Azərbaycanda futbol inkişaf etsin.

 

Leyla Sarabi

Kollaj- Pərviz Həşimi

Mənbə: publika.az