80 yaşlı Niyaməddin Musayevdən AÇIQLAMA

80 yaşlı Niyaməddin Musayevdən AÇIQLAMA

Sənətkar özəl günündə "Ölkə.Az"a danışıb.

''Bu gün doğum günüm münasibəti ilə demək olar ki, məni tanıyan hər kəs zəng edib öz təbriklərini çatdırıblar. Belə özəl günümdə məni xatırlayan, təbrik edən hər kəsə öz minnətdarlığımı bildiririəm. Mən təmtərağı sevmədiyim üçün doğum günümü də ailəmlə qeyd edirəm. Elə bu günü də öz əhatəmizdə qeyd edəcəyik. Həm də karantin şəraitində olduğumuz üçün böyük təmtərağa ehtiyac yoxdur. Qanun qaydaya görə çoxsaylı insanların bir yerə yığışması qadağandır. Biz də özöhdəmizə düşən vəzifə borcumuzu yerinə yetirərək dövlətin qoyduğu qaydalara riayət etməliyik''.

Qeyd edək ki, Niyaməddin Musayev 1 iyun 1940-cı ildə İmişli rayonunda anadan olub. Sənətkarın bu gün 80 yaşı tamam olur.

Ölkə.Az

Mənbə: olke.az