Dövlət Rəsm Qalereyası tədbirlərini onlayn formatda davam etdirir

Dövlət Rəsm Qalereyası tədbirlərini onlayn formatda davam etdirir

Bakı, 1 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Rəsm Qalereyası koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tədbirlərini onlayn formatda davam etdirir.

Qalereyadan AZƏRTAC-a bildirilib ki, iyunun 2-də saat 21:00-da Toğrul Nərimanbəyovun əziz xatirəsini yad etmək məqsədilə Qalereyanın “Instagram” hesabında canlı yayım olacaq.

Canlı yayımda Toğrul Nərimanbəyovun qızı Əsmər Nərimanbəyova və Azərbaycanın Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi Vaqif Muğallı çıxış edəcəklər.

AZERTAG.AZ :Dövlət Rəsm Qalereyası tədbirlərini onlayn formatda davam etdirir

Mənbə: azertag.az