Aygün Kazımova yeni imicdə Zinet Amanı xatırlatdı - VİDEO

Aygün Kazımova yeni imicdə Zinet Amanı xatırlatdı - VİDEO

"Uşaq vaxtı Zinət Amanini çox sevirdim. Məni də ona oxşadırlar. Gözəl bənzətmədir. "Əlibaba və 40 quldur" filmindəki obrazı yadımdadır, saçları uzun idi. Onun bütün mahnıları, filmin kadrları yadımdadır. Sözlərini bilməsəm də, musiqisini xatırlayıram".

Primetime.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "ATV maqazin onlarla" verilişində deyib. Müğənni onu məşhur hind aktrisası Zinət Amaninin "Əlibaba və 40 quldur" filmindəki obrazına bənzədilməsindən bəhs edib. Kazımova "Dəli fikirlər" mahnısından danışıb. O bildirib ki, hələ bəstəni ürəyi istəyən qədər təqdim edə bilməyib:

"Karantin dövrünə düşdük. Hələ mahnını doyunca ifa edib, səhnədə dadına baxmamışam. Səhnə performansları hələ qarşıdadır. Bütün dəli fikirlərimi həyata keçirmişəm. Nəticəsini də siz görmüsünüz. Əvvəl qəribə qarşılamısınız, sonra isə alqışlamısınız. Artıq tamaşaçılar da 33 ildir buna öyrəşib. Mənim bütün dəli fikirlərim yaradıcılıqla bağlıdır".

Mənbə: primetime.az