Ukraynanın qəhrəmanı olan Xalq artisti vəfat edib

Ukraynanın qəhrəmanı olan Xalq artisti vəfat edib

Ukraynanın Qəhrəmanı, Xalq artisti, Taras Şevçenko adına Ukrayna Milli Mükafatının laureatı, Ukrayna Milli Operasının Bədii rəhbəri, Ukrayna Bəstəkarlar İttifaqının katibi, bəstəkar, dirijor və musiqişünas Miroslav Skorik vəfat edib.

Open.az xəbər verir ki, 81 yaşlı bəstəkar ötən gecə dünyasını dəyişib.

Miroslav Skorik bir neçə opera, balet, simfonik poema, kantata, sonata, skripka və fortepiano üçün rapsodiya və kantataların müəllifi, 40-dan çox bədii filmin və cizgi filmlərinin bəstəkarı olub.

Ukraynadan başqa ABŞ və Avstraliyada pedaqoji fəaliyyətlə məşğul olan Miroslav Skorik yüksək dərəcəli ali orden və medalların sahibidir.

Ülviyyə Həsənqızı

 

Mənbə: open.az