NATO təlimlərində 19 ölkə iştirak edəcək - Baltik dənizində

NATO təlimlərində 19 ölkə iştirak edəcək - Baltik dənizində

Baltik dənizində iyunun 7-dən 16-a qədər NATO-nun BALTOPS-2020 təlimləri keçiriləcək. Verilən xəbərə görə, ABŞ silahlı qüvvələri Avropa komandanlığı bildirir ki, Covid-19 pandemiyası ilə bağlı hərbçilərin təhlükəsizliyini və sağlamlığını təmin etmək üçün təlimlər istisnasz olaraq dəniz poliqonlarında keçiriləcək.

Qeyd olunur ki, təlimlərin əsas istiqamətləri hava hücumundan müdafiə, qayıq əleyhinə və mina əleyhinə müdafiə tədbirlərini, həm də dəniz blokadasını özündə birləşdirir.

BALTOPS-2020 təlimlərində 19 ölkə - 17 NATO ölkəsi və 2 həmkar ölkə iştirak edəcək. Ümumilikdə, 29 dəniz bölməsinin, 20 təyyarənin və 3000 hərbçinin hərəkətə gətirilməsi planlaşdırılır.

İştirakçı dövlətlər aşağıdakılardır: Kanada, Danimarka, Estoniya, Finlandiya, Almaniya, Yunanıstan, İtaliya, Latviya, Litva, Niderland, Norveç, Polşa, Portuqaliya, İspaniya, İsveç, Türkiyə, Böyük Britaniya və ABŞ.

AzPolitika.info

Mənbə: azpolitika.info