Fərdanın oğlunun kirvəsi bu məşhur imiş — VİDEO- FOTO

Fərdanın oğlunun kirvəsi bu məşhur imiş  — VİDEO- FOTO

ATV telekanalında yayımlanan “7 canlı” verilişinin qonağı aktyor Fərda Amin olub.

Veriliş boyu açıqlamalar verən aktyor maraqlı bir etiraf da edib.

O, kiçik oğlunun kirvəsinin aktyor dostu Elməddin Cəfərovun olduğunu bildirib.

“Bizim Raulun kirvəsi Elməddindir. Ancaq uşaq onun üzünü görmür. Kirvə başqa şeydir axı, zəng edib bir uşağın səsini də eşitmir. Gərək kirvəni dəyişim”, - deyə, dostu ilə zarafat da edib.

Verilişin aparıcısı Vüsalə Əlizadə isə “Mən sənət adamları tanıyıram ki, 3 dəfə uşağının kirvəsini dəyişib. Başqa varlı kirvə tapan kimi, köhnə kirvəni dəyişib”,- deyə maraqlı açıqlama verib.

Mənbə: olke.az