Kəmalə Müzəffərin ailəsində bədbəxt hadisə - "Xəstə doğulacaqdı"

Kəmalə Müzəffərin ailəsində bədbəxt hadisə - "Xəstə doğulacaqdı"

Əməkdar artist Kəmalə Müzəffərin ailəsində bədbəxt hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, əməkdar artistin qızı Banuçiçək dünyaya gələsi övladı ilə vidalaşmalı olub.

O bu haqda "Bizimləsən" verilişində məlumat verib. Aktrisa nəvəsinin talassemiya xəstəsi kimi doğulacağını deyib:

"Biz də məcbur olub, hamiləliyi dayandırdıq. Bir həftə ailəmiz şok yaşadı. Baxmayaq ki, bunu heç kimə bildirmədik. Kədərimizi də qürurla yaşadıq. Kədər kədərdi... Qızım da, kürəkənim də gəncdir. Mən də həmişə onlara dəstəyəm. Evlilik zamanı analizlər verilmişdi, hər şey yoxlanmışdı. Biz bunu bilirdik və gözləyirdik. Çünki səkkiz illik sevgiləri vardı. 17 yaşından Türkiyədə birlikdə təhsil alıblar. Onların sevgisi ilə qürur duyuram.

Mən anayam və bunun nə demək olduğunu hamıdan yaxşı bilirəm. Mənim övladım da baş böyüməsindən qucağımda vəfat edib. O zaman onun müalicəsi də yox idi. Dördüncü ayında qucağımda rəhmətə getdi. Şükür edirdim, çünki yaşasaydı, onun müalicəsi mümkün olmayacaqdı, əzab çəkəcəkdi".

Mənbə: teleqraf.com