"O Ses Türkiye"dən ayrılan simanın kimliyi məlum oldu

"O Ses Türkiye"dən ayrılan simanın kimliyi məlum oldu

İş adamı Acun Ilıcalı ötən günlərdə qatıldığı bir yayında "O Ses Türkiye"nin münsif heyətində dəyişiklik olacağını söyləyib.

Primetime.az xəbər verir ki, bu açıqlamadan sonra yarışmadan ayrılanın kim olduğu məlum olub. Belə ki, "O Ses Türkiye"dən ayrılan məşhur simanın Seda Sayan olduğu heyranları ilə etdiyi yazışmalarla gecə yarısı ortaya çıxıb. Söhbətlərin "photoshop" olma ehtimalını dilə gətirən "Temiz Magazin"den Seyhan Erdağ Sayan ilə əlaqə quraraq iddiaların doğru olub-olmadığını soruşub. Seda Sayan isə suala "Mən Martda zatən "Yemekteyiz"lə müqavilə bağladım, "O Ses Türkiye" bitdi. Ona görə də doğrudur" - deyə cavab verib.

Həm "Yemekteyiz", həm də "O Ses Türkiye"də işləyən Sayan sözlərinə "Həqiqətən çox yoruldum, xatırla ötən mövsümü, xatırla necə aqressiv idim. Həm iki yarışma, həm konsertlər...Xatırlamırsanmı?" - deyə əlavə edib.

Mənbə: primetime.az