Nərgiz Cəlilova AzTV-də YENİ VƏZİFƏDƏ

Nərgiz Cəlilova AzTV-də YENİ VƏZİFƏDƏ

Azərbaycanın əməkdar artisti, tanınmış aparıcı Nərgiz Cəlilova Azərbaycan Dövlət Televiziyasında yeni vəzifənin icrasına başlayıb.

"Ölkə.Az"ın News24.az-a istinadən məlumata görə, Nərgiz xanım AzTV-də Aparıcı qrupunun bədii rəhbəri vəzifəsində çalışacaq.

O da bildirilib ki, artıq Nərgiz Cəlilova qeyd olunan vəzifədə işinin başındadır. Yaxın günlərdə Nərgiz xanımın bu vəzifəyə təyinatı gözlənilir.

Qeyd edək ki, son ilə qədər AzTv-də Aparıcı qrupun bədii rəhbəri Azərbaycanın xalq artisti, mərhum diktor Rafiq Hüseynov olub. Mərhum Rafiq Hüseynovdan sonra bu vəzifə məhz Nərgizə Cəlilovaya həvalə olunacaq.

Mənbə: olke.az