Məşhur model şahzadə Harridən ayrılmasının səbəbini açıqladı - FOTO

Məşhur model şahzadə Harridən ayrılmasının səbəbini açıqladı - FOTO

Rəqqasə və model Kressida Bonas keçmiş sevgilisi - şahzadə Harridən ayrılmasının səbəbləri barədə danışıb.

Bu barədə people.com xəbər yayıb.

Model bildirib ki, şahzadə ilə iki il davam edən münasibətləri dövründə çox təzyiq hiss edib və kral ailəsində yaşaya bilməyəcəyini anlayıb.

“Uğursuzluq, rədd edilmə, düzgün qəbul edilməmək, gözlənildiyi kimi ideal olmamaq qorxusu…”, - deyə K.Bonas izah edib.

O, karyerasını davam etdirməyi planlaşdırdığını da vurğulayıb.

K.Bonas şahzadə Harri ilə iki il görüşüb. 2014-cü ildə isə onlar ayrılıblar. Bir ildən sonra Britaniya tabloidlərində cütlüyün gizli nişanlandıqları barədə məlumatlar yayılsa da, bu xəbərlər təsdiqini tapmayıb.

2018-ci ilin yazında isə şahzadə Harri aktrisa Meqan Marklla evlənib.

Mənbə: www.oxu.az