Amerikalı məhşurlar mitinqdə döyülür

Amerikalı məhşurlar mitinqdə döyülür

Amerikanın kino aktyoru, Hollivud ulduzu, "Qross-Poyntedə qətl", "İntuisiya", "1408", "Səma həbsxanası" və "2012" kimi maraqlı flimlərdə rol alan, "Qızıl qlobus" mükafatı laureatı Con Kyusak mitinqdə döyülüb. Belə ki, Minneapoils şəhərində ağdərili polisin qaradərili vətəndaşı öldürməsinə etiraz olaraq başlayan aksiyalara ABŞ-ın müxtəlif şəhərlərində dəstək verilir. Həmin aksiyalardan biri də Çikaqoda keçirilib.

Moderator.az-ın məlumatına görə, aktyor Con Kyusak Çikaqodakı aksiyada polisin qəzəbinə gəlib. Mitinqçiləri dəyənəklə döyən polislər kütlənin arasında kino ulduzunu tanıyaraq onun üstünə yeriyiblər. Polislər çəkiliş aparan aktyora mane olmaq, onu qorxutmaq üçün öncə Con Kyusakın velisopedini sındırıblar. Sonra buna etiraz edən aktyorun qollarını buraraq onu meydandan sürüyüb qırağa atıblar.

Elə ayaq üstəcə polislər tərəfindən qısa dindirmədən sonra azad edilən Con Kyusak vətəndaşlara qarşı qəddar rəftardan təəssüfləndiyini bildirib. Kyusak hazırda özünü yaxşı hiss etdiyini və həkimlərə müraciət etməyə ehtiyac olmadığını söyləyib.

Qeyd edək ki, ağdərili polisin qaradərili vətəndaş Corc Floydu öldürməsindən sonra ABŞ-da başlayan kütləvi etiraz aksiyalarına xeyli tanınmış sənət adamı dəstək verir. Bu sırada aktrisalar Ariana Qrande, Elin Peyc, aktyorlar Timati Şalome, Maçin Gun Kelli, mərhum pop kralı Maykl Ceksonun qızı Peris Cekson, müğənni Keylani, reper və aktyor Nik Kennan, model Emili Ratakovski və başqalarının adlarını çəkmək olar. Onlar etirazçılarla həmrəylik göstərdiklərinə, sonadək mitinqçilərin yanında olacaqlarını bəyan etdiklərinə görə ABŞ polisinin sərt tənqidlərinə məruz qalıblar.

Mənbə: moderator.az