“Çölçü” Yaponiya, İtaliya, İsrail və ABŞ-da mükafata layiq görülüb

“Çölçü” Yaponiya, İtaliya, İsrail və ABŞ-da  mükafata layiq görülüb

Azərbaycan filmi “Çölçü” Yaponiya, İtaliya, İsrail və ABŞ-da 7 (yeddi) dəfə mükafatlara layiq görülüb.

Open.az xəbər verir ki, Şamil Əliyevin “Çölçü” filmi Twilight Tokyo Film Festival 2020 (Yaponiya, Tokyo 2020, Yanvar-May) beynəlxalq festivalında 3 (üç)kateqoriya üzrə mükafatlara layiq görülüb.

Ən Yaxşı Bədii film (rejissor Şamil Əliyev), Rejissor işinə görə mükafat (Şamil Əliyev), Operatot işinə ğörə mükafat (Rafiq Quliyev)

Həmçinin, “Çölçü” filmi Vesuvius International Monthly Film Festival 2020 (Italiya) festivalında da kateqoriya üzrə mükafata layiq görülüb. Ən Yaxşı Bədii Film (rejissor Şamil Əliyev),

Həmçinin, Holy Grail International Film Festival 2020 (Izrail, Yerusəlim, Yanvar-Aprel) festivalında 2 (iki) kateqoriya üzrə Ən Yaxşı Bədii film (rejissor Şamil Əliyevə) və Ən Yaxşı rejissor işinə ğörə mükafatlarına layiq ğörülüb.

Növbəti, BRİDGE FEST 2020 (ABŞ, May mövsümü) festivalında “Çölçü” Ən Yaxşı Bədii film mükafatına layiq görülüb.

http://www.bridge-fest.com/monthly-winners

 

Müsabiqələrin nəticəsi COVID-19 pandemiyası il əlaqədar olaraq onlayn formatda elan olunub.

2012-ci ilin istehsalı olan “Çölçü” filminin gündəmdə olmasının səbəbi, rejissorun sözlərinə görə “Filmin qaldırdığı sualın aktuallığı ilə bağlıdır. Qloballaşan Dünya ilə milli özgür mədəniyyət arasındakı antroploji katastrofa filmin əsas məğzini təşkil edir”

Qeyd edək ki, Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı və qalibi olan “Çölçü” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 85 beynəlxalq film festivalında iştirak edərək 45-dən artıq müxtəlif mükafatlara layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Prodüser M. Hətəmovdur.

Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

Mənbə: open.az