Vasif Məhərrəmlinin bu ünvanlarda mağazaları var — Zaur Kamal açıqladı

Vasif Məhərrəmlinin bu ünvanlarda mağazaları var  — Zaur Kamal açıqladı

Teleaparıcı Zaur Kamal, əməkdar artist Vasif Məhərrəmlinin bir neçə yerdə mağazasının olduğunu açıqlayıb.

"Ölkə.Az" xəbər verir ki, teleaparıcı bu barədə müğənni Ceyhun Əliyevin (Ceyhun Qala) ona reklam fasiləsində danışdığını bildirib:

"Reklam fasiləsində Ceyhun mənə dedi ki, karantin Vasifə təsir etməyəcək. Çünki onun bu ünvanlarda mağazaları var".

C.Əliyev isə öz növbəsində belə bir söz demədiyini iddia edib:

"Zaur, öz fikirlərini mənim adımdan demə. Vasif indi zəng vurub mənə ağzına gələni deyəcək. Əgər mağazaları varsa, bizim baş ucalığımızdır. Amma belə bir söz deməmişəm".

Ölkə.Az

Mənbə: olke.az