Müğənnidən QƏRİBƏ PAYLAŞIM: "Amerika nə gözəl oldu"

Müğənnidən QƏRİBƏ PAYLAŞIM: "Amerika nə gözəl oldu"

Türkiyəli müğənni Yıldız Tilbe ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra baş verən ixtişaşlarla bağlı qəribə paylaşım edib.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sənətçi baş verən hadisələrə görə sanki sevinib.

O, sosial media hesabında bu sözləri yazıb: "Amerika nə gözəl oldu. Daha gözəl olmasını diləyirəm. Başqa ölkələri dağıdan bütün ölkələrə eyni mənzərəni arzu edirəm. Dünyada iki millət var. Biri yaxşılıq milləti, digəri pislik milləti. Allah yaxşıları və məsumları hər yerdə qorusun, yardım etsin. Pisləri də öz pislikləri ilə yox etsin, inşallah"

Mənbə: publika.az