“Belə getsə...” – Koronavirusa yoluxan əməkdar artistin SON DURUMU

“Belə getsə...” – Koronavirusa yoluxan əməkdar artistin SON DURUMU

Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, aktyor, əməkdar artist Sərvər Əliyev növbəti dəfə konavirusa görə test olunub.

Yenicag.az-a bu barədə rejissor özü açıqlama verib.

Aktyorun test nəticələri bu dəfə sevindirici olub:

“Artıq reanimasiyadan palataya köçürülmüşəm. Çox şükürlər olsun ki, qorxulu şeylər keçib getdi. Dünən yenidən analizlər götürüldü, cavab neqativ oldu. Hər ehtiamala qarşı bu gün də yenə analizlər götürüldü ki, daha da əmin olsunlar. Şükürlər olsun, yaxşıyam. Belə gedərsə, həftə sonuna qədər evə buraxılaram”.

Mənbə: yenicag.az