Şəhid xanımı olan Əməkdar artist: "İnsanların nə qədər simasız olduğunu gördüm" - VİDEO

Şəhid xanımı olan Əməkdar artist: "İnsanların nə qədər simasız olduğunu gördüm" - VİDEO

Həyat yoldaşını Qarabağ müharibəsində itirən Əməkdar artist Gülüstan Əliyeva həyatı ilə barışıb.

BAKU.WS xəbər verir ki, opera sənətçisi bu barədə Şou ATV proqramında danışıb:

"Allah insana hər şeyi vermir. Nəyisə verirsə, mütləq digərini alır və onun əvəzinə daha böyük şeylər verir. Səni həyata bağlayacaq səbəblər verir. Mənim övladım və sənətimdir. Bəlkə də bu şeyləri yaşamasaydım, bu gün bu insan olmazdım.

Sənətdə qısqanclıqla, rəqabətlə üzləşdiyini söyləyən Gülüstan xanım yaşadıqlarından güc aldığını deyir:

"Sənətdə rəqabətlə qarşılaşdıqca sıçrayışlar edirsən. Amma bəlli bir zaman keçdikdən sonra bunlar səni yorur, tənhalığa çəkilirsən və o zaman sənin necə güclü insan olduğun görünür. Allaha sığınaraq öz tənhalığınla xoşbəxt olmağı bacarırsansa, demək sən güclü insansan.

Sənətimdə, dost həyatında tənhalığı seçdim. İstər sənətdə, istər dost çevrəsində, hətta qohumlar arasında insanların nə qədər simasız olduğunu gördüm".

Xatırladaq ki, G.Əliyevanın həyat yoldaşı Zahid Əhmədov 1991-ci ildə Qarabağ müharibəsində şəhid olub.

Mənbə: baku.ws