"Qızı mənə vermirdilər, elçiliyə Ədalət Şükürov gedəndən sonra..." -Azərbaycanlı müğənni

"Qızı mənə vermirdilər, elçiliyə Ədalət Şükürov gedəndən sonra..." -Azərbaycanlı müğənni

"Ədalət Şükürov nəinki musiqi aləmində, şəxsi həyatımda da mənə dəstək olub".
BiG.AZ xəbər verir ki, bu sözləri Ceyhun Qala "5/5" proqramında qonaq olarkən söyləyib:
"Bir sirr açım, ilk dəfə elçiliyimə Ədalət Şükürov gedib. Qızı mənə vermirdilər. Ədalət getdi və söylədi ki, mən ona cavabdehəm. Qızın valideynləri düşünürdü ki, müğənniyəm, yəqin ki, ailəyə bağlı biri olmaram".

 

Mənbə: big.az