Milyonlar qazansalar da, sadə avtomobillərə üstünlük verən 15 məşhur

Milyonlar qazansalar da, sadə avtomobillərə üstünlük verən 15 məşhur

Milyonlarla sərvətə sahib olanların lüks və parlaq həyat sürməsini gözləmək təbiidir, lakin bəziləri heç də belə deyillər. Bir çox məşhur insan minimalist həyat tərzini sevir və yalnız həqiqətən lazım olan şeyə pul xərcləyir. Ens.az saytının təqdim etdiyi bu yazıda Hollivudun ən böyük adlarının sadə avtomobillərdən istifadə etməkdən narahat olmadıqlarını görəcəksiniz.

1) Kameron Dias - Toyota Prius

Kameron Dias Hollivudun ən yüksək maaş alan aktrisalarından biri idi. İndi hu sahədən çəkikmiş Dias qürurla ekoloji təmiz Toyota Prius-dan istifadə edir.

2) Castin Timberleyk - Volkswagen Jetta

Castin Timberleyk, şübhəsiz ki, dünyanın ən məşhur müğənnilərindən biridir, lakin onun üçün olduqca münasib qiyməti olan Volkswagen Jetta-dan istifadə etməkdən çəkinmir.

3) Tom Hanks - Scion xB

Bu gün getdikcə daha çox məşhurlar lüks avtomobillərdənsə, ekoloji təmiz maşınlara üstünlük verirlər və Tom Hanks də onlardan biridir. O, bir neçə ildir ki, Scion xB istifadə edir və bu elektrikli avtomobil sayəsində qənaət etdiyi yanacaqdan çox məmnundur.

4) Cenifer Lourens- Volkswagen Eos

Oskar mükafatçısı aktrisa Cenifer Lourens karyerasının zirvəsində Volkswagen Eos sürür. Yalnız bir filmə görə 653 milyon dollar qazanan Lourens də münasib qiymətlə maşın seçən məşhurlardandır.

5) Jeff Bezos - Honda Accord

Xalis sərvəti 117 milyard dolları ötən Bezos dünyanın ən varlı adamıdır. Ancaq Bezos, dünyanın ən lüks avtomobilini seçmək yerinə, illərdir Honda Accord-dan istifadə etməyi üstün tutur. Ondan bu barədə soruşanda isə həmin maşının çox yaxşı bir avtomobil olduğunu söyləyib.

6) Britni Spirs - BMW Mini Cooper

Hit mahnıların məşhur siması olan Spirs, BMW Mini Cooper-ə sahibdir.

7) Lili Allen - Ford Focus

Məşhur müğənni Lili Allen yaşıl bir Ford Focus sürür.

8) Daniel Redkliff - Fiat Grande Punto

Harry Potter seriyasının məşhur aktyoru Redkliff təxminən 110 milyon dollar sərvətə sahib olsa da, ekoloji cəhətdən təmiz hesab etdiyi Fiat Grande Puntodan istifadə edir.

9) Klint İstvud- GMC Typhoon

Əfsanəvi aktyor Klint İstvud verdiyi müsahibədə GMC Typhoon-a sahib olduğunu açıqlayıb.

10) Konan O'Brayen - Ford Taurus

Konan bütün dünyada məşhur komediyaçı olsa da, "Ford Taurus" sürür.

11) Kristian Beyl- Toyota Tacoma

Çəkildiyi Batman rolunda ən möhtəşəm texnologiyaya sahib olsa da, real həyatda Beyl 17 ildir ki, eyni avtomobildən istifadə edir.

12) LeBron Ceyms - Cip Wrangler

Amerikalı basketbolçu LeBron Ceyms uzun illərdir ki, özəl narıncı Jeep Wranglerdə gəzir. Bu, gözəl bir avtomobil olsa da, 28-30 min dollar olduğu üçün məşhurların standartları baxımından aşağı hesab olunur.

13) Bruno Mars - Cadillac Allante

Brunonun 24K Magic klipində qara bir 1995 Cadillac Allanté vardı, yadınıza gəlirmi? Müğənni klip boyunca avtomobil idarə etməsinə aşiq olub və onu satın alıb.

14) Leonardo Di Kaprio - Toyota Prius

Ətraf mühitə vurğunluğu ilə tanınan Leonardo Di Kaprio, Kameron Dias kimi ekoloji cəhətdən təmiz Toyota Prius-dan istifadə edir. O, həmçinin Hollivudun qaz yanacağı ilə işləyən yolsuzluq avtomobilləri və limuzinlərdən imtina etməli olduğuna inanır. Bu fikrə əsaslanaraq, Di Kaprio hətta Bleyk Liveli ilə birlikdə olarkən ona Prius hədiyyə etmişdi.

15) Mark Uolberq - Toyota Sienna Minivan

Ellen DeGeneres-ə verdiyi müsahibədə Sienna Minivan istifadə edən Uolberq zarafatla 4 uşağının və özünün mikroavtobusu sevdiyini, ancaq həyat yoldaşının razılaşmadığını söyləyib.

Mənbə: www.ens.az