"Firuz müəllim canlı klassikdir"

"Firuz müəllim canlı klassikdir"

4 iyun 2020- ci ildə böyük sənətkarımız, sevimli tarzənimiz, xalq artisti, Azərbaycan Milli Konservatoriyasının dosenti, Heydər Əliyev Fondunun fərdi təqüdçüsü Firuz Əliyevin 70 yaşı tamam olur.

Əliyev Firuz Əlabbas oğlu 1950- ci ildə muğam , əruz, poeziya, sənət beşiyi Abseronda, xalqıza görkəmli şəxsiyyətlər bəxş etmis Buzovnada dünyaya göz açmısdır. Klassik sənətkarlardan bəhrələnən tarzən uşaqlıqdan öz orijinal, bənzərsiz, sirin, yanıqlı ifası ilə diqqəti cəlb edir və sevilməyə başlayır. Mərhum xalq artisti İslam Rzayev 80 - ci illərin əvvəllərində öz yaratdığı instrumental ansambla musiqi rəhbəri dəvət etdikdən sonra F.Əliyev daha da populyarlaşır. İnsanın ruhunu ofsunlayan Firuzun çalğısı bütün tamaşaçıları heyrətdə qoyur. Bütün xanəndələr Firuz Əliyevin müşayətilə istər ekranda, istərsə də toy- düyündə oxumağa can atırlar. Tarzən iki böyük sənətkar Arif Babayev və mərhum Ağaxan Abdullayevlə dünyanın 30 - dan çox ölkəsində milli musiqimizi təbliğ və təmsil edir. O , bir pedaqoq kimi də tarzənlər nəsli yetisdirir. Hətta maestronun dərs demədiyi tazənlər də sevilmək üçün onun barmaqları, şirinliklərini edir. Onun çalgısından çoxları bəhrələnir. Firuz müəllim 6 övlad tərbiyə edib, neçə nəvəsi var. Əkiz oğulları Əli və Abbas tar- kaman ifaçılarıdır. Firuz müəllim canlı klassikdir.

Gözü- könlü tox bir insandır. Nə professordur, nə prezident təqaüdçüsüdür, nə də ordeni var. Fəqət dövlətinə, onun başçısına, xalqına, vətəninə ürəkdən bağlı bir insandır. 70 yaşın mübarək mənim böyük qardaşım, sevimli dostum. Allah qorusun.

VÜQAR ƏHMƏD- PROFESSOR

 

Mənbə: moderator.az