Bakı. Ülkər Qasımova- APA . 1912-ci ildən etibarən bir çox ölkələrdə istehsal olan çoxsaylı xarici filmlərin çəkilişi Azərbaycanda aparılıb. Həmin filmlər sırasında rejissoru erməni olan ekran işləri də var. Bu siyahıda qonşu ölkələrlə yanaşı, uzaq ölkələrin də istehsal etdiyi filmlərin olması maraq doğurur. APA 1912-ci ildən başlayaraq ölkəmizin müxtəlif bölgələrində, əsasən isə paytaxt şəhərdə çəkilən xarici filmlərin siyahısını təqdim edir. Bu siyahı Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev tərəfindən hazırlanıb. 1912-ci ildə Azərbaycanda çəkilən ilk xarici film Gürcüstana məxsusdur. Həmin il gürcü rejissoru V. Amaşukeli ölkəmizdə “Akakiy Tseretselinin Raça-Leçxumiya səyahəti” filmini çəkib. 1926-cı ildə gürcü rejissor İ. Peristianinin “Knyajna Şirvanskayanın cinayəti” filminin də çəkilişləri Azərbaycanda aparılıb. Rejissorlar B. Barnet və S. Mərdanovun “Mejrabpomfilm” və “Azərfilm”in birgə istehsalı olan “Ən mavi dənizin sahilində” filmi 1935-ci ildə Bakıda ekranlaşdırılıb. Bu ildən sonra Azərbaycanda çəkilən xarici filmləri xüsusi cədvəldə təqdim edirik.
Film
Kinostudiya
Rejissor
İl
“Dərbənd tankeri”
“Odessa”
A.Fayntsimmer
1941
“Bir ailə”
“Mosfilm”
Q.Aleksandrov, R.Tahmasib, M.Mikayılov
1943
“Son düym”
“Mosfilm”
T.Vulfoviç, V.Kurixin
1959
“Amfibiya adam”
“Mosfilm”
V.A.Çebotaryov və Q.Kazanski
1962
“Bəyaz karvan”
“Gürcüstanfilm”
E.Şengelaya
1964
“Aybolit-66”
“Mosfilm”
R.Bıkov
1966
“Brilliant əl”
“Mosfilm”
L.Qayday
1969
“Mənim mehriban atam”
“Lenfilm”
V. Usov
1970
“Bu şirin azadlıq sözü”
“Mosfilm” və Litva kinostudiyası
V.Jalakyaviçus
1973
“Çilidə gecə”
“Mosfilm”
S.Alarkon və A.Kosarov
1977
“Dulsineya Tobosskaya”
“Mosfilm”
S.Drujinina
1980
“Tehran-43”
“Mosfilm”
A.Alov və V.Naumov
1981
“Kondorun enməsi”
“Mosfilm”
S.Alarkon
1982
“Baterflayın qayıdışı”
“Dovjenko”
O.Fialko
1982
“Suram qalası haqqında əfsanə”
“Gürcüstanfilm”
S. Paracanov
1984
“Yaguar”
“Mosfilm”
S. Alarkon
1986
“Müsahibə götürən adam
“Belarusfilm”
Y. Maruxin
1986
“Don Kixot və Sançonun həyatı”
“Gürcüstanfilm”
Çxeidze
1987
“Qovma”
“Mosfilm”
İ. Qostyev
1987
“Aşıq Qərib”
“Gürcüstanfilm”
S. Paracanov
1988
“Bir dünya da bəs etməz”
“MGM” (Böyük Britaniya və ABŞ)
Maykl Epted
1999
“Yaz ərəfəsi”
Polşa istehsalı
Fillip Bayon
2000
“Drongo” 13 seriyalı film
“NTV” (Rusiya)
Z.Royzman
2002
“Qraf Krestovski” 11 seriyalı film
“NTV” (Rusiya)
R. Fətəliyev
2004
“Rus tərcüməsi” 8 seriyalı film
“NTV” (Rusiya)
Y.Çeriyayev
2005
“Silah” 10 seriyalı film
“Vvıs” (Rusiya)
A. Kasatkin
2008
“Absurdistan”
Almaniya istehsalı
F.Xelmer
2008
“Vəsiyyət üzərində nigah”8 seriyalı film
“Feniksfilm” (Rusiya)
V. Serikov
2009
Mənbə: www.ens.az